Bir gündə 583 infeksiyaya yoluxma, 7 ölüm faktı qeydə alınıb
İyulun 3-də Azərbaycanda 583 adam COVID-19 infeksiyasına yoluxub, 395 nəfər müalicə olunaraq evə buraxılıb, 7 xəstə ölüb.
Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda bu günə qədər 19 267 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 10 820 nəfər müalicə olunaraq sağalıb, 235 pasiyent ölüb, 8 212 nəfəri xüsusi rejimli xəstəxanalarda müalicə alır”.
Mənbə qeyd edib ki, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 137, ötən müddət ərzində isə ümumilikdə 502 965 test aparılıb.