407 nəfər sağalıb
Yanvarın 30-da Azərbaycanda 131 adam COVİD-19 infeksiyasına yoluxub, 407 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah 7 nəfərin öldüyünü qeyd edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 230 min 66 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: “Onlardan 222 min 960 nəfər müalicə olunaraq sağalıb, 3126 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 3980 nəfərdir”.
Qərargah ötən müddətdə 2 milyon 401 min 720 testin aparıldığını vurğulayıb: “Bugünkü test sayı isə 7244-dür”.