COVİD 19 Azərbaycanda: 543 yoluxma, 6 ölüm

“Ötən müddətdə isə 584466 test aparılıb”.

Source: Foto: Turan İA


510 nəfər sağalaraq evə buraxılıb

İyulun 14-də Azərbaycanda 543 adam COVID-19 infeksiyasına yoluxub, 510 nəfər müalicə olunaraq evə buraxılıb, 6 xəstə isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib ki, Azərbaycanda indiyə qədər 25 113 adam yeni koronavirus infeksiyasına yoluxub, onlardan 16150 nəfər müalicə olunaraq sağalıb, 319 pasiyent ölüb. Hazırda 8644 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunur.

Operativ qərargah son sutkada 8217 testin aparıldığını qeyd edib:

“Ötən müddətdə isə 584466 test aparılıb”.

Ana səhifəSiyasətCOVİD 19 Azərbaycanda: 543 yoluxma, 6 ölüm