COVİD 19 Azərbaycanda: 534 yoluxma, 5 ölüm

Eyni zamanda, ötən müddətdə 468 min 967 test aparıldığı bildirilib

Source: Reuters


307 nəfər müalicə olunaraq evə buraxılıb

İyunun 28-də Azərbaycanda koronavirus infeksiyasına 534 adam yoluxub, 307 nəfər müalicə olunaraq evə buraxılıb, 5 xəstə isə ölüb.

Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, Azərbaycanda bu günə qədər 16 min 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9026 nəfər müalicə olunaraq sağalıb, 198 xəstə ölüb. Aktiv xəstə sayı 7200 nəfərdir.

Eyni zamanda, ötən müddətdə 468 min 967 test aparıldığı bildirilib: “Bugünkü test sayı isə 7106-dır”.

Ana səhifəSosialCOVİD 19 Azərbaycanda: 534 yoluxma, 5 ölüm