440 nəfər sağalaraq evə buraxılıb
İyulun 6-da Azərbaycanda 513 adam COVİD-19 infeksiyasına yoluxub, 440 nəfər müalicə olunaraq evə buraxılıb, 8 xəstə isə ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda Azərbaycanda bu günə qədər 20 min 837 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğu qeyd olunub:
“Onlardan 12 min 182 nəfər müalicə olunaraq sağalıb, 258 pasiyent ölüb. Aktiv xəstə sayı 8397 nəfərdir”.
Operativ qərargah ötən müddətdə 522 min 773 testin aparıldığını bildirib:
“Bugünkü test sayı isə 6240-dır”.