COVİD 19 Azərbaycanda: 471 yoluxma, 5 ölüm

“Ötən müddətdə 417 min 102 test aparılıb”.

Source: Reuters


Yoluxanların arasında deputat da var

İyunun 20-də Azərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq evə buraxılıb, 5 xəstə isə ölüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunub ki, Azərbaycanda hazırda 12 238 nəfər koronavirus infeksiyasına yoluxub:

“Onlardan 6516 nəfər sağalıb, 148 pasient ölüb, 5574 şəxs xüsusi rejimli xəstəxanalardadır”.

Operativ Qərargah bu gün 6627 koronavirus testi aparılığını qeyd edib:

“Ötən müddətdə 417 min 102 test aparılıb”.

Yerli mətbuatın yazdığına görə, koronavirusa yoluxanlar arasında deputat Sahib Alıyev və Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva da var.

Ana səhifəSosialCOVİD 19 Azərbaycanda: 471 yoluxma, 5 ölüm