COVİD 19 Azərbaycanda: 338 yoluxma, 6 ölüm

Operativ qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6100, ötən müddət ərzində isə ümumilikdə 403 499 testin aparıldığını qeyd edib.

Source: Архив


117 nəfər müalicə olunaraq evə buraxılıb

İyunun 18-də Azərbaycanda COVİD-19 infeksiyasına 338 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq evə buraxılıb, 6 pasiyent isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunub ki, Azərbaycanda bugünə qədər 11329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6192 nəfər müalicə olunaraq sağalıb, 139 xəstə ölüb, 4998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Operativ qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6100, ötən müddət ərzində isə ümumilikdə 403 499 testin aparıldığını qeyd edib.

Ana səhifəSosialCOVİD 19 Azərbaycanda: 338 yoluxma, 6 ölüm