COVİD-19 Azərbaycanda: 140 yoluxma, 2 ölüm

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7631 , indiyədək isə ümumilikdə 2 513 636 nəfər testdən keçirilib.

Foto: Meydan TV


Son sutkada 7631 nəfər test edilib

Fevralın 16-da Azərbaycanda COVİD-19 infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda deyilir ki, son sutkada 2 nəfər koronavirusdan həyatını itirib.

İndiyədək ölkədə ümumilikdə 232 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 951 nəfər müalicə olunaraq sağalıb, 3 185 nəfər vəfat edib. Hazırda 2 201 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7631 , indiyədək isə ümumilikdə 2 513 636 nəfər testdən keçirilib.

Ana səhifəSosialCOVİD-19 Azərbaycanda: 140 yoluxma, 2 ölüm