COVİD-19: 28 ölüm, 2735 yoluxma olduğu açıqlanıb

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-dən aşkarlandığı açıqlanıb.

Source: Meydan TV


Sağalanların sayının isə 1374 nəfər olduğu bildirilib

Noyabrın 21-də Azərbaycanda 28 xəstə COVİD-19 infeksiyasından ölüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında belə deyilir.

Bu günə olan yoluxma sayı 2735, müalicə olunaraq sağalanların sayı isə 1374 nəfərdir.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 89 min 898 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu açıqlayıb:

"Onlardan 62 min 243 nəfər müalicə olunaraq sağalıb, 1107 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 26548 nəfərdir".

Məlumatda bildirilir ki, ötən müddətdə 1 milyon 592 min 280 test aparılıb: "Bugünkü test sayı isə 16220-dir".

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-dən aşkarlandığı açıqlanıb. O vaxtdan oktyabrın 29-na kimi aşkarlanan gündəlik yoluxmanın heç vaxt minə çatdığı bildirilməmişdi. Həmin gündən sonra bu infeksiyaya yoluxanların sayı durmadan artır.

Hökumət vəziyyətdən çıxış yolunu karantin rejimini sərtləşdirməkdə görüb. Nazirlər Kabineti yanında Operativ Qərargah bu gündən, noyabrın 21-dən dekabrın 28-dək ölkə ərazisində sərt karantin rejimi tətbiq edilməsi haqqında qərar qəbul edib.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 200 min civarında şəxsin vəfat etdiyi açıqlanıb.

Ana səhifəSosialCOVİD-19: 28 ölüm, 2735 yoluxma olduğu açıqlanıb