Çörəyin qiymətinin artacağı deyilir. Münasibətiniz?

Sosial şəbəkələrdə və bəzi media orqanlarında yayılan məlumatlara görə, iyulun 30-dan etibarən çörək bahalaşacaq.

“Turan”-ın məlumatına görə, artıq unun kisəsində 2 manata yaxın artım müşahidə olunur. Məsələ ilə bağlı rəsmi açıqlama olmasa da, ekspertlər hesab edir ki, çörəyin qiyməti süni şəkildə saxlanılmamalıdır. Azad və liberal bazar şəraiti yaradılmalıdır ki, belə olan halda ucuz və keyfiyyətli məhsul əldə etmək olsun. Bakı sakinləri nə düşünür? Çörək bahalaşarsa, cibləri nə qədər zərər görəcək?

Meydan TV bu sualla sakinlər arasında sorğu keçirib.


Kanalımıza abunə ol



https://goo.gl/TcM9Fm

Ana səhifəVideoÇörəyin qiymətinin artacağı deyilir. Münasibətiniz?