“Çörək pulu tapa bilmirik ki, uşaqlara yemək alaq”

“Çörək pulu tapa bilmirik ki, uşaqlara yemək alaq”

Ağayevlər ailəsi son 5 ildir kasıb yaşayırlar. 6 nəfərlik ailədə Pəvanə Ağayevanın yoldaşı fəhlə işləyib və qayınanasının aldığı 230 manatlıq pensiya ilə ayı başa vura biliblər. İndi isə hər gün qida rasionundan nəyisə çıxarıb bu cür davam edirlər. Ölkədə karatin rejimi elan olunandan fəhlə kimi çalışan yoldaşının işləri dayanıb.

“Çörək pulu tapa bilmirik ki, uşaqlara yemək alaq, o vəziyyətdəyik. 5 manat, 3 manat əlimizdə pul var ki, onu biz bu günə, sabaha uşaqları yedizdirə bilərik. Ondan sonra bilmirik nə edəcəyik”.

Pərvanə Ağayeva deyir ki, işsizlik bir tərəfdən, mağazadakı qiymət artımı da digər tərəfdən onları çıxılmaz vəziyyətə salır. Əvvəllər ünvanlı sosial yardım üçün müraciət etmək istəsələr də, yazılan sənədlərin hamısın toplayıb başa vura bilməyiblər.

Nazirlər Kabinetinin qərarı ilə COVİD-19 virusunun yayılmasını əngəlləmək üçün 24 martdan 20 aprelə qədər Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzləri, ictimai iaşələr bağlanıb.

Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün 190 manat birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Bunun üçün işsiz vətəndaşlar www.e-sosial.az portalına daxil olub qeydiyyatdan keçməlidirlər. Amma portalda qeydiyyatdan keçmək hər işsizə nəsib olmur.

Ana səhifəVideo“Çörək pulu tapa bilmirik ki, uşaqlara yemək alaq”