Ermənistan 65 səslə ev sahibi seçilib
Ermənistanın 2026-cı ildə BMT-nin Biomüxtəliflik Konfransına ev sahibliyi edəcəyi bildirilir.
Bu barədə noyabrın 1-də “Azadlıq” radiosunun erməni xidməti ölkənin ətraf mühit nazirinə istinadən məlumat yayıb.
Ətraf mühit naziri Hakob Simidian bildirib ki, Ermənistan 65 səslə COP17 kimi tanınan konfransın ev sahibi seçilib:
“Digər namizəd isə bu ayın sonunda BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək Azərbaycan idi”.
Bu həftənin əvvəlində Kolumbiyaya işgüzar səfəri zamanı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Bioloji Müxtəliflik üzrə Konvensiya Tərəflərinin Kalidə keçirilən 16-cı konfransında çıxış edib.
O bildirib ki, COP17-nin Ermənistanda keçirilməsi qlobal biomüxtəlifliyin qorunması üçün çoxtərəfli səyləri inkişaf etdirmək üçün yaxşı fürsət olacaq.
“Ermənistan COP17-nin biomüxtəlifliyin qorunması və təbii ehtiyatların davamlı istifadəsi üzrə qlobal səylərimizdə daha bir mühüm mərhələ olacağına əmin olmaq üçün heç bir səy göstərməyəcək”, – deyə Xaçaturyan fikrini bitirib.