Conson: İngiltərədə təcridi yumşaltmaq risklidir

Conson hökuməti, partiya və elmi məsləhətçilər dünyanın beşinci ən böyük iqtisadiyyatının necə və nə vaxt fəaliyyətə qayıtmasını müzakirə edir

Source: google.az


Baş nazir təcridin anidən və sürətlə qaldırılmayacağını vurğulayıb

Koronavirusla mübarizədən sonra səhhəti yaxşılaşan və işinin başına dönən İngiltərənin Baş naziri Boris Conson (Johnson) bazar ertəsi günü iqtisadiyyatı ağırlaşdırsa da, təcridi yüngülləşdiyməyin təhlükəli olduğunu deyib və əlavə edib ki, bu addım koronavirusun ikinci dalğasının baş qaldırmasına səbəb ola bilər.

“Downing Street”-də danışan Conson xəstəliyi ingilislərin uzun zamandır mübarizə apardığı küçə cinayətkarlığı ilə müqayisə edib. Baş nazir bir müddət idi ki, xəstəxanada koronavirusdan müalicə alırdı.

Hələ də koronavirusun maksimum risk dövrü yaşadığını vurğulayan Conson iqtisadiyyatın yaşadığı çöküşü başa düşdüyünü və bunun üçün müxalifət partiyalarıyla danışığa gedəcəyini deyib. “Reuters” xəbər verir ki, Baş nazir təcridin anidən və sürətlə qaldırılmayacağını qətiyyətlə vurğulayıb.

“Biz sadəcə bu dəyişikliklərin nə qədər sürətli və ya yavaş olduğunu, hətta bu dəyişikliklərin nə vaxt ediləcəyini dəqiq deyə bilmərik, baxmayaraq ki, hökumət yaxın günlərdə bu barədə daha çox danışacaq”, – yenidən sağlam görünən Conson deyib.

“Son altı həftədə göstərdiyimiz eyni birlik və qətiyyət ruhunu yenidən göstərə bilsək, şübhəsiz ki, onu məğlub edəcəyik”.

Conson hökuməti, partiya və elmi məsləhətçilər dünyanın beşinci ən böyük iqtisadiyyatının necə və nə vaxt fəaliyyətə qayıtmasını müzakirə edir. Lakin tərəflər fikir ayrılıqlarına sahibdir.

“Biz həmçinin koronavirusun ikinci riskini, bu virusa nəzarəti itirmək və onun yayılma sürətinin artması riskini də qəbul etməliyik, çünki bu, yalnız ölüm və xəstəliklərin yeni dalğası deyil, həm də iqtisadi fəlakət olacaq”, -Conson bildirib:

“Xahiş edirəm səbirli olasınız, çünki inanıram ki, biz bu münaqişənin birinci mərhələsinin sonuna yaxınlaşırıq və əziyyətlərimizə baxmayaraq, demək olar ki, uğur qazanmışıq”.

Birləşmiş Krallıq koronavirusdan ən çox zərər görən ölkələrdən biridir, şənbə gününə olan məlumata görə 20,732-dən çox ölüm faktı qeydə alınıb.

Lakin ölkənin təcrid halı iqtisadiyyatı son üç əsrdə yaşanan ən dərin tənəzzülə düçar edib və ölkəni İkinci Dünya Müharibəsindən bəri ən böyük borcla üz-üzə qoyub.

Ana səhifəDünyaConson: İngiltərədə təcridi yumşaltmaq risklidir