Cocuq Mərcanlıda 200 ailəlik qəsəbə tikiləcək

Əli Həsənov: ”Kənddə 20 ədəd 2 otaqlı, 25 ədəd 3 otaqlı, 5 ədəd 4 otaqlı mənzillər inşa ediləcək”

Source:


Əli Həsənov: ”Kənddə 20 ədəd 2 otaqlı, 25 ədəd 3 otaqlı, 5 ədəd 4 otaqlı  mənzillər inşa ediləcək”

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni qəsəbələr inşa ediləcək. Məlumat Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilib.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni qəsəbənin inşasında iştirak edəcək tikinti şirkətlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Əli Həsənov deyib ki, Azərbaycan prezidentinin imzaladığı sərəncama əsasən 1-ci mərhələdə həmin ərazidə 50 fərdi yaşayış evinin,  96 şagird yerlik məktəb binasının və müvafiq infrastrukturun tikintisinə bu günlərdə başlanacaq:

“Layihəyə uyğun olaraq ərazidə 20 ədəd 2 otaqlı, 25 ədəd 3 otaqlı, 5 ədəd 4 otaqlı  mənzillər inşa ediləcək. Yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri də həyata keçiriləcək”.

Əli Həsənov onu da bildirib ki, yaşayış kompleksi elektrik enerjisi, qaz, su ilə tam təchiz olunacaq:

“Prezidentin tapşırığına əsasən növbəti mərhələdə həmin ərazidə 200 ailəlik qəsəbənin tikintisi planlaşdırılır”.

Ana səhifəXəbərlərCocuq Mərcanlıda 200 ailəlik qəsəbə tikiləcək