Üzərinə hərəkatın adı yazılmış məhsullar satışa çıxarılıb
“Coca-Cola Azərbaycan” şirkəti bir müddət öncə istehsal etdiyi məhsulun üzərinə adyazma kampaniyasına başlayıb. Şəhərin müxtəlif yerlərində təklifləri qəbul edən şirkətin nümayəndələrinə iki gün öncə NİDA Vətəndaş Hərəkatı da müraciət edib. Artıq üzərində NİDA yazılmış “Coca-cola” içkilərinin istehsalına başlanılıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə , şirkətə təklif hərəkatın üzvləri tərəfindən verilib.
NİDA Vətəndaş Hərəkatının 8 üzvü hazırda həbsdədir.