Çoban qadın: 15 ailənin qoyunun otarıram (VİDEO)

Əlində çomaq,qarşısında yüzdən çox qoyun… O, Gədəbəydə qoyun otaran yeganə qadındır. Hər gün 15 ailənin qoyunun otlağa çıxarır. Yalnız dörd gündən bir dincini alır.

“Oğlum ot biçməyə gedib, təkdir, köməyi yoxdur. Mən də ona kömək edirəm. Biabırçılıqdır, arvad xeylağı qoyun otarar? Məcburam bunu etməyə. Oğlum var, qızım var, nəvələrim var, hamısına kömək edirəm. 4 övladım var, qızlarımı köçürmüşəm, 10 nəvəm var. Əziyyət çəkməsək, yeməyə heç nə tapmarıq. Nə ilə dolanaq? Bizimki budur, malla dolanırıq. Ot yanıb deyə oğlum gedib ot biçməyə. Mən də məcburam gətirib qoyunları otarmağa, ot yanır axı… İki-üç günə bəlkə də ot qalmayacaq”.

-Göy guruldayır, deyəsən yağış yağacaq.

– Bəlkə, Allah eləyə yağa.

Ana səhifəVideoÇoban qadın: 15 ailənin qoyunun otarıram (VİDEO)