Onun lazım olan 284 səsi topladığı bildirilir
Demokratlar Partiyasının namizədi Cozef Bayden Amerikanın 46-cı prezidenti seçilib.
Məlumatı “CNN türk”
yayıb
.
Cozef Baydenin qələbə üçün lazım olan 284 səsi topladığı bildirilib.
Cozef Bayden 2016-cı ildə prezident seçilən Donald Trampa qalib gəlib.
C.Bayden 1942-ci ildə Pensilvaniyada katolik ailəsində doğulub. O, Sirakuz Universitetinin hüquq fakültəsini bitirib. 30 yaşında senator seçilib.
C.Bayden anti-Azərbaycan sayılan 907-ci düzəlişin dəstəkçilərindən olub. O, sabiq prezident Barak Obamanın dövründə vitse-prezident seçilib.