Xəzər dənizinin Kürdəxanı ərazisinə yaxın hissəsində çirkab suların birbaşa dənizə axıdılması son günlərin mövzusuna çevrilib.
Xəzərin bu hissəsi, həm də, Pirşağı bağlarına yaxındır. Sakinlər deyir ki, çirkab suyu, uzun illərdir dənizə axıdılır. Onlar iddia edir ki, buna səbəb Kürdəxanı ərazisində qurudulan göllərdir.
Çirkab suların dənizə axdığı hissədə çimmək qadağası ilə bağlı lövhə qoyulub. Ancaq sahilboyu ərazidə istirahət obyektləri görmək mümkündür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlasaq da, sualımıza cavab ala bilmədik.
Ekoaktivist Cavid Qara deyir ki, Xəzər dənizinə axıdılan çirkab əsas səbəbi, planlaşdırılmamış məskunlaşma, layihələrə ayrılan vəsaitlərin korrupsiyasıdır.
Ekoaktivist əlavə edir ki, Abşeron yarımadasında su sərfiyyatı sayğaclaşdırılmalıdır. Bu, bir ailənin sudan istifadəsinin məntiqli limiti səviyyəsində olmalıdır.