Azərbaycan yarışlarda maliyyə cəhətdən dünyanın bir çox ölkələrinə translyasiya olunacaq televiziya yayımlarından gəlir götürəcək
Britaniyanın “Guardian” qəzetinin Britaniya Olimpiya Assosiasiyası (BOA) Bakıda keçiriləcək ilk Avropa oyunlarının təşkilatçılarının Britaniya idmançılarının yarışa qoşulması üçün pul ödədiyi məlumatından sonra beynəlxalq yarışa qatılacaq Ermənistan idmançılarının da xərclərinin də Azərbaycanın ödəyəcəyi məlum olub.
Bu barədə sportbox.az saytı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə istinadən məlumat yayıb.
Çingiz Hüseynzadə bildirib ki, bu praktika Olimpiya oyunları keçirilərkən həmişə olub. İdmançıların nümayəndə heyətlərinin gəlib-getmək xərclərini bir qayda olaraq ya ev sahibi olan ölkə, yaxud da Beynəlxalq Olimpiya Komitəsi ödəyir. İndiki halda xərcləri Azərbaycan öz üzərinə götürüb. O cümlədən, böyük ehtimalla tranzitlə Tiflisdən gələcək erməni nümayəndə heyətinin xərclərini də”.
Cənab Hüseynzadə bəyan edib ki, bütün nümayəndə heyətləri Olimpiya kəndində, milli olimpiya komitələrinin rəhbərləri və baş katibləri isə Fairmont otelində yerləşdiriləcək.
Beynəlxalq və Avropa Olimpiya komitələrinin prezidentləri də idmançılardan aralı ərazidə yerləşdiriləcəklər. MOK-un vitse-prezidenti onu da vurğulayıb ki, Azərbaycan yarışlarda maliyyə cəhətdən dünyanın bir çox ölkələrinə translyasiya olunacaq televiziya yayımlarından gəlir götürəcək.