Çingiz Abdullayev: “İndiyədək bir nəfəri də işdən çıxarmamışıq”

“Neftçi”nin Təhlükəsizlik Xidməti yenidən qurulacaq

Source:


“Neftçi”nin Təhlükəsizlik Xidməti yenidən qurulacaq

AFFA-nın baş katibi Elxan Məmmədovun göstərişi ilə “Neftçi”də kütləvi ixtisarlara başlanıb. Bu barədə məlumatı

komanda.az

saytı yayıb. Saytın məlumatına görə, klubda çalışan fəhlələr, futbolçuların paltarlarını – yəni formalarını yuyan üç qadın, eləcə də təhlükəsizlik xidmətinin işçiləri işdən azad olunublar.

Xəbərdə o da deyilir ki, Elxan Məmmədovun göstərişi ilə icraçı direktor Elnur Məmmədov 35 nəfərin işdən çıxmaqla bağlı ərizəsini alıb. Mübariz Xudiyev icraçı direktorun muavini olub. Mətbuat xidmətinin qısa zamanda Elnur Məmmədovla dostluq əlaqələri quran 4-5 əməkdaşı isə klubda yüksək postlar tutacaqlar.

Əsasnaməyə görə, Müşahidə Şurasının icazəsi olmadan heç bir qərar verilə bilməz. Bu, Müşahidə Şurasının ilk iclasında da deyilib.

Yayılan xəbərlə bağlı Meydan TV-yə açıqlama verən Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayevin sözlərinə görə, heç bir kütləvi ixtisar aparılmayıb, sadəcə, futbol sezonu bitdiyindən bəzi məsələlərə yenidən baxılır: “Maşallah, komandamızda 400-dən çox adam var və indiyə qədər bir adamı da ixtisar edilməyib”.

Təhlükəsizlik Xidmətində çalışanların ixtisarına gəlincə, MŞ sədri dedi ki, bu sistemi yenidən qurmaq fikrindədirlər: “Biz onlarla mülki müqavilələr bağlayacağıq. Bu məsələlərə hüquqşünaslar baxandan sonra qərar veriləcək, Lənkəranda nələrin olduğunu yəqin ki, bilirsiniz. Ümumiyyətlə, yeni sistem qurulacaq, çünki hər şeyin şəffaf olmasını istəyirik. Amma indiyə qədər bir nəfəri də işdən çıxartmamışıq”.

Ana səhifəXəbərlərÇingiz Abdullayev: “İndiyədək bir nəfəri də işdən çıxarmamışıq”