2014-ci ilin ilk iki həftəsindən çoxu arxada qalır və mən nəhayət yeni il qərarım olaraq nə edəcəyimi bildim. Birincisi, istədim bu il iddialı olub özümə qeyri-dəqiq bir tapşırıq verim, hər anından zövq almaq məsəl üçün, sonra da ilin axırında özümü inandırım ki, sözümün üstündə durmuşam.
Bu dəfə başqa cür olacaq. Bu il başladıqlarımı sona çatdırmaq ili olacaq. Buna görə də daima zövq aldığım bir neçə şeydən birini fikirləşdim – kino.
Beləliklə, mənim yeni il qərarım odur ki, ilin hər günü yaxşı bir filmə baxım. Bakını tərk etməzdən öncə 3 il işlətdiyim və ürəkdən sevdiyim kino-klubum kimi, mən buna da “CinemAN-ın 365 günü” adını verirəm.
Artıq axtarışlara başlamışam və IMDB.com-dan istifadə edərək siyahı düzəltmişəm. İndiyə kimi siyahıda 200-dən çox Amerika, Avropa, Şərq, Asiya, sənədli, musiqili və digər tipli əsasən meynstrimdəolmayan filmlər var. Yeganə tələb odur ki, filmlər yaxşı olsun, onu da mən IMDB reytinqləri, icmallar, və kino həvəskarları olan çoxsaylı dostlarımın fikirlərinə əsasən qiymətləndirirəm. Bəzən əvvəl baxdığım bəzi kinolara yenidən baxacağam çünki onlar buna dəyər, həm də çünki düşünürəm ki, siz də onlar haqqında öyrənməlisiniz.
Hər həftə baxdığım yeddi film haqqında fikirlərimi yazacağam. Baxmayaraq ki, mənim bakalavr dərəcəm kinematoqrafla bağlıdır, mən professional tənqidçi deyiləm, elə mənim oxucularım kimi. Ona görə mən ümidvaram ki, bəziləri üçün mənim diletant fikirlərim faydalı olacaq
Zəhmət olmasa mənə sevdiyiniz kinoları tövsiyə edin, hətta nəfis dada malik insan olduğunuz üçün özünüzə baxmaq məsləhət gördüyünüz, amma indiyə kimi DVD rəfində toz yığan filmləri də deyin. Eybi yox. Biz onlara birlikdə baxacayıq.
Bu girişi yazıb bitirənə kimi fikirləşdim Google-da axtarım baxım kimsə məndən əvvəl belə bir şey eliyib ya yox. Sən demə, Tumblr, Reddit və digər sosial media resurslarında “365 kino günü” adlı yarış var. Kinoların əsasən mainstream olmasına baxmayaraq, ideya xoşuma gəldi.
Deyirəm gəlin biz də bunu yarış elan edək. Siz də mənim kimi dəlisovsunuzsa, sizi mənimlə birlikdə bu yolu getməyə dəvət edirəm: icmalını etdiyim filmlərə baxın və mənə fikirlərinizi deyin.
Motor!