Çin

Mənbə: https://ru.euronews.com/

Başlıq: Çin

Çində ölənlərin sayı 81-ə çatıb

Honq Konq son 14 gündə Hubeyi ziyarət edən insanlara əraziyə girişi qadağan edib

Çində koronavirus xəstəliyindən ölənlərin sayı 81-ə çatıb.

“Reuters” xəbər verir ki, hökumət Yeni İl tətilini uzadıb, daha böyük müəssisələr bağlanıb, virusun yayılmasının qarşısının alınması üçün işçilərdən evdən işləmələri istənib.

Çinin Baş naziri Li Keqiang hökumətin hadisəyə reaksiyası olaraq virusun yarandığı mərkəz Vuhan (Wuhan) şəhərini ziyarət edib.

Asiya səhmləri beş ayda ən böyük və bir gün içində düşmə ilə silkələnib, investorların narahatlığı getdikcə artır. Yapon yuanı kimi təhlükəsiz yatırımlara tələbat artıb.

Çində təsdiqlənmiş halların ümumi sayı təxminən 30% artaraq 2.444-ə çatıb. Bunların yarısı paytaxtı Wuhan olan Hubei əyalətinin payına düşür. Lakin bəzi ekspertlər yoluxanların sayının daha çox olduğunu güman edirlər.

Dünyada narahatlıq artdıqca, Çin tərəfindən idarə olunan Honq Konq (Hong Kong) son 14 gündə Hubeyi ziyarət edən insanlara əraziyə girişi qadağan edib. Honq Konqda artıq səkkiz hadisə qeydə alınıb. Qadağa Honq Konq sakinlərinə aid edilməyib.

Bir nəfərin bənzər virusa yoluxduğu qeydə alınmış Makaonun yaxınlıqdakı qumarxanası Hubeydən gələnlərə oxşar qadağa tətbiq edib.

Çinin cənubundakı Hainan adasındakı Haikou şəhəri bəyan edib ki, Hubeydən gələn turistlər 14 gün müddətinə karantinə alınacaqlar.

“Hubeylilərə qarşı ayrı-seçkilik tətbiq edilir”,- bir Vuhan sakini Weibo sosial media platformasında şikayət edib.

Hubeydə virusdan ölənlərin sayı 56-dan 76-ya çatıb, səhiyyə işçiləri bildirib.

Vuhandan səyahət edən insanlarla əlaqəli az sayda olsa da Tayland, Fransa, Yaponiya və ABŞ da daxil olmaqla 10-dan çox ölkədə xəstəlik halları təsdiqlənib. Başqa yerlərdə ölüm hadisəsi baş verməyib.

Li virusun yayılmasından bəri Vuhanı ziyarət edən ən üst Çin lideridir. O, mavi qoruyucu kostyumda epidemiyanın yerində araşdırılmasıyla tanış olub və xəstələr və tibb işçiləri ilə danışıb, Çin hökuməti məlumat verib.

11 milyon əhalisi olan Vuhan şəhəri virtual mühasirədədir və Çinin bir sıra digər şəhərlərinə hərəkət məhdudiyyətləri mövcuddur. Təxminən 60 milyon insanın yaşadığı Hubey əyalətinin çox hissəsinə səyahət məhdudiyyəti tətbiq edilib.

Çin hökuməti virusun yayılmasını yavaşlatmaq üçün Yeni il tətilini fevralın 2-nə qədər uzadıb. Çində Yeni il tətili səyahət vaxtı deməkdir. Lakin virus yoluxması təhlükəsi bir çoxu planı təxirə salıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3v13do

Ən çox baxılan