Beyləqanda 17 yaşlı qızın cinsi təcavüzə məruz qalması mətbuatda geniş müzakirələrə səbəb oldu. Video ilə təhdid edilən qızın 20-dək şəxsin cinsi təcavüzünə məruz qaldığı bildirilir. Zorlama cinayətlərinin üstü hər zamanmı açılır?
Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova təcavüzə məruz qalmış hər qadının olayı açıb-ağartmadığını deyir. Bildirir ki, psixoloji və iqtisadi zorakılığı araşdırmaq üçün vasitələr yoxdur. Statistikada göstərilən rəqəmlərsə daha çox fiziki zorakılıqla bağlıdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə 34 nəfər zorlama cinayətinin qurbanı olub.
Zorlamaya necə reaksiya verilməlidir? – Bakı sakinlərindən soruşduq.