Çin və Hindistan sərhədində qarşıdurma yaşanıb

Son gərginlik Himalayda dəniz səviyyəsindən 5000 metr yüksəklikdə yerləşən Sikkim bölgəsindəki Naku La yaxınlığında baş verib.

Source: Foto: BBC


7 Çin, 4 Hindistan əsgərinin yaralandığı bildirilir

Onlarla Hindistan və Çin əsgərləri iki ölkənin sərhəddində qarşıdurma yaradıb, – Hindistan mediası yazır.

BBC xəbər verir ki, hadisə zamanı yeddi Çin və dörd Hindistan əsgəri yaralanıb.

Şənbə günü baş vermiş mübahisəni yerli komandirlər danışaraq həll edib.

İki ölkə aralarında mövcud 3400 kilometrlik sərhəd üstündə münaqişə yaşayır.

“Bəzən münaqişə fiziki qarışıqlığa, sinədən itələməyə, bir-birinə daş atmağa da səbəb olur”, – BBC-nin Cənubi Asiya redaktoru Anbarasan Ethirajan deyib.

Son gərginlik Himalayda dəniz səviyyəsindən 5000 metr yüksəklikdə yerləşən Sikkim bölgəsindəki Naku La yaxınlığında baş verib.

Çin və Hindistan 1962-ci ildə sərhəd üzərində müharibə edib.

2017-ci ildə Çin mübahisəli ərazidən yol çəkməyə çalışdığı üçün bölgədə daha bir qarşıdurma yaşanmışdı. Son 40 ildə tərəflər arasında fiziki qarşıdurma yaşansa da, odlu silahdan istifadə edilməyib.

Ana səhifəDünyaÇin və Hindistan sərhədində qarşıdurma yaşanıb