Çin və Böyük Britaniya

Mənbə: arxiv

Başlıq: Çin və Böyük Britaniya

Çin İngiltərəni soyuq müharibədə ittiham edib

“Bu hərəkətlər Çin-İngiltərə münasibətləri atmosferini ciddi şəkildə zəhərləyib”

Cümə axşamı Çin Birləşmiş Krallığın Baş naziri Boris Consonu əlaqələri korlamaqda ittiham edib.

“Reuters” xəbər verir ki, Çinin bu addımı Consonun “Huaweiyə 5G” qadağasını tənqid etməsindən sonra olub və Pekin İngiltərənin Honq-Konq məsələlərinə qarışmaqla iki ölkə arasındakı münasibətlərin zəhərlənməsində Londonu günahlandırıb.

“Bu hərəkətlər Çin-İngiltərə münasibətləri atmosferini ciddi şəkildə zəhərləyib,” - deyə Çinin Londondakı səfiri Liu Xiaoming jurnalistlərə bildirib.

“Bəzi britaniyalı siyasətçilər soyuq müharibə zehniyyətinə söykənirlər ... Onlar Çin adlı təhlükəylə oynayırlar. Çini düşmən bir dövlət olaraq görürlər, tamamilə ayrılmaqla hədələyirlər və hətta Çinə qarşı yeni bir soyuq müharibə açırlar”,- o deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/pjmy19

Ən çox baxılan