Cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycana 44 məhkum gətirilib

Həm də 5 məhkum cəzasının qalan hissəsini öz ölkəsində çəkmək üçün təhvil verilib

Source:


Həm də 5 məhkum cəzasının qalan hissəsini öz ölkəsində çəkmək üçün təhvil verilib

Bu il ərzində cəzasının qalan hissəsini öz ölkəsində çəkmək üçün Azərbaycana təhvil verilən məhkumların sayı açıqlanıb.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, cari il ərzində (01.12.2015-ci il tarixədək) 44 məhkum cəzasının qalan hissəsini öz ölkəsində çəkmək üçün məhkum olunduqları ölkələrdən Azərbaycana gətirilib.

Bildirilir ki, təkcə bu il ərzində Gürcüstan, Rusiya, Türkiyə, İran və Çin tərəfi ilə məhkumların öz ölkələrinə verilməsi məsələsi, beynəlxalq öhdəliklərə riayət olunması, bu sahədə mövcud problemlər və onların aradan qaldırılması, çevikliyin təmin olunması üzrə danışıqlar aparılıb.

Eyni zamanda, bu il Azərbaycandan ölkələrinə təhvil verilən məhkumların sayı açıqlanıb. Cari il ərzində (01.12.2015-ci il tarixədək) 5 məhkum cəzasının qalan hissəsini öz ölkəsində çəkmək üçün təhvil verilib. Təhvil verilən şəxslərdən 2 nəfəri Rusiya Federasiyası, 3 nəfər isə Türkiyə Respublikasının vətəndaşıdır.

Ana səhifəXəbərlərCəzasının qalan hissəsini çəkmək üçün Azərbaycana 44 məhkum gətirilib