Qaradağ rayonunda yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Fərhad Zeynal oğlu Mürsəlovun öldüyü bildirilir.
Hadisə dekabrın 13-də, günorta saatlarında baş verib. Sosial şəbəkələrdə yayılan məlumatlarda məhbusun ölümünə səbəb kimi Elman adlı dəstə rəisinin adı hallandırılır. Bildirilir ki, dəstə rəisi əslən Sabirabaddan olan Fərhad Mürsəlovu döyüb və nəticədə məhbus həyatını itirib.
Penitensiar Xidmətdən isə APA-ya deyilənləri
təkzib ediblər
. Bildirilib ki, məhkumun ölümündə müəssisə əməkdaşının rolunun olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Penitensiar Xidmətin Tibb Baş İdarəsindən verilən məlumata görə, Fərhad Zeynal oğlu Mürsəlov ürək çatışmazlığından ölüb. Bununla bağlı həkim rəyinin olduğu açıqlanıb.
Baş vermiş hadisə ilə bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.