Cəzaçəkmə müəssisələrindəki ictimai-siyasi fəallar aclığı dayandırıblar

Mehman Hüseynova dəstək askiyası bitdi

Source:


Mehman Hüseynova dəstək askiyası bitdi

Bloger Mehman Hüseynova dəstək olaraq, “Siyasi məhbuslara azadlıq!” tələbilə 2 və 13 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən ictimai-siyasi fəallar yanvarın 23-də aclığı dayandırıblar.

Bu barədə Meydan TV-yə məhbus İlkin Rüstəmzadənin anası Atlas Hüseynova məlumat verib.


Yanvarın 13-dən

aclıq aksiyasına başlayan “Nida” Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə, Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra həbs olunan Bayram Məmmədov, Qiyas İbrahimov, jurnalist Elçin İsmayıllı və “Müsəlman Birliyi Hərəkatı”nın koordinatoru, dindar fəal Əhsən Nuruzadə birgə məktub yayaraq, aclığa başladıqlarını bəyan etmişdilər.

Penitensiar Xidmət isə Mehman Hüseynova dəstək məqsədilə həbsdə olan başqa fəalların da aclıq etməsi barədə məlumatları təkzib edirdi.

Mehman Hüseynov yanvarın 20-də prezident İlham Əliyevə müraciət edib. Bloger bildirib ki, cəza çəkdiyi 2 ildə cəzaçəkmə müəssəsinin əməkdaşları ilə hər hansı xoşagəlməz hadisə olmayıb:

“Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il 26 dekabrda cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırılmışam. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam”.

Yanvarın 21-də prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov hazırda cəza çəkən Mehman Hüseynovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ilə bağlı açıqlama verib.

“Azərtac”-ın yaydığı məlumata görə, Fuad Ələsgərov deyib ki, müraciətlər prezidentin diqqətinə çatdırılıb və o, dərhal reaksiya verib.

Yanvarın 22-də

Respublika Prokurorluğu

Mehman Hüseynov haqda açılan cinayət işinə xitam verdiyi haqda açıqlama yayıb.

Ana səhifəXəbərlərCəzaçəkmə müəssisələrindəki ictimai-siyasi fəallar aclığı dayandırıblar