Ceyms Uorlik Xocalı faciəsi ilə bağlı anım tədbirinə qatılacaq

”Biz Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş faciələrin bütün qurbanlarını yad etmək istəyirik”

Source:
Ceyms Uorlik
Ceyms Uorlik
Ceyms Uorlik
Ceyms Uorlik


”Biz Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş faciələrin bütün qurbanlarını yad etmək istəyirik”

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Xocalı faciəsi ilə bağlı anım tədbirinə qatılacaq. Bu barədə APA-ya açıqlama verən həmsədr Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş faciələrin bütün qurbanlarını yad etmək istədiyini bildirib.

“Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak etməyi planlaşdırıram. Biz Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş faciələrin bütün qurbanlarını yad etmək istəyirik. Biz ümid edirik ki, bu vaxta kimi xüsusən dinc sakinlər arasında çox sayda itkilərlə nəticələnən münaqişə, Prezidentlərin diqqətini bu münaqişənin sülh yolu ilə həll olunmasına yönəldəcək. Münaqişənin həll olunmasında irəliləyişə nail olmaq üçün Minsk Qrupunun həmsədri kimi, mən Fransa və rusiyalı həmkarlarımla işləməyə hazıram. İndi sülh əldə etmək vaxtıdır”, – deyə  amerikalı həmsədr bildirib.

Ana səhifəXəbərlərCeyms Uorlik Xocalı faciəsi ilə bağlı anım tədbirinə qatılacaq