Ceyms Uorlik: Gələcək addımlardan biri prezidentlərin görüşü olacaq

“Qarabağda genişmiqyaslı münaqişə bərpa edilərsə, danışıqlar yolu ilə tənzimləmə qeyri-mümkün olacaq”.

Source:


“Qaraba


ğ


da geni


ş


miqyasl


ı


m


ü


naqi


şə


b


ə


rpa edil


ə


rs


ə


, dan


ışı


qlar yolu il


ə


t


ə


nziml


ə


m


ə


qeyri-m


ü


mk


ü


n olacaq


”.

Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azadlıq Radiosunun Ermənistan xidmətinə müsahibəsində bildirib.

Tərəflər sülh riayət və hörmət etməyə çalışmalıdırlar. Ən pis nəticə güc tətbiqinin bərpası olacaq, bu, sülh yolu ilə tənzimlənməyə xidmət etməyəcək. Münaqişə genişlənsə, həmsədrlər tənzimlənməyə nail olmaq üzərində işləyə bilməyəcəklər, deyə o qeyd edib.

Uorlik bildirib ki, həftənin sonuna Bakıya səfər etməyi planlaşdırır.

“Bu gün Yerevana səfərimin ikinci günüdür, qarşıda prezident Sarkisyan, xarici işlər naziri Nalbandyan və digərləri ilə görüşlər var. Qarabağ münaqişəsi üzrə gələcək addımlarla bağlı yaxşı müzakirələr aparmağa ümid edirik. Gələcək addımlardan biri prezidentlərin görüşü olacaq. Ötən ilin oktyabr ayında hər iki prezident dialoqu fəallaşdırmaq barədə razılığa gəliblər. Həmin görüşdən sonra çox şey dəyişib: helikopter faciəsi, təmas xəttində gərginliyin artması, həmçinin Ermənistanda anım mərasimləri, Bakıda keçiriləcək Avropa Oyunları, dini mərasimlər. Bütün bunların nəticəsində biz prezidentlərin görüşünü təşkil edə bilmədik. Lakin hazırki səfərimin məqsədlərinə prezidentlərin mümkün görüşünün müddətinin və prezidentlərin müzakirə edəcəyi məsələlərin müəyyən edilməsi daxildir”, deyə Ceyms Uorlik bildirib.

ATƏT-in Minsk Qrupunun formatını genişləndirmək ideyası haqqında suala cavabda Uorlik deyib ki, mövcud formatı tərəflər qəbul edib. “Tərəflər formatı dəyişmək qərarına gəlsə, biz onların qərarına hörmət edəcəyik. Amma problem danışıqların formatında deyil, bu, iki ölkə prezidentlərinin və xalqlarının qəbul etməli olduğu qərardır. Bu, format məsələsi deyil, siyasi iradə məsələsidir”.

Azərbaycan hakimiyyətinin ATƏT-in Bakı ofisini bağlaması faktının danışıqlara necə təsir göstərə biləcəyi haqqında suala cavabda o deyib ki, bundan asılı olmayaraq, sülh yolu ilə tənzimləmə üzrə fəal iş davam etdiriləcək.

Ana səhifəXəbərlərCeyms Uorlik: Gələcək addımlardan biri prezidentlərin görüşü olacaq