Ceyk Sullivan: “ABŞ Putinin nüvə təhdidlərini ciddi qəbul edir”

Ceyk Sullivan. Foto: Reuters

“Moskva “o qaranlıq yola” getdiyi təqdirdə ABŞ qətiyyətli cavab verəcək”

“Birləşmiş Ştatlar Rusiya Prezidenti Vladimir Putinin nüvə təhdidlərini ciddi qəbul edir, lakin hazırda nüvə silahından istifadə əlamətlərini görmür”.

Bu sözləri ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan (Jake Sullivan) cümə günü Ağ Evdə keçirdiyi brifinqdə deyib.

“Reuters”in məlumatına görə, Sullivan jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar riskə çox ciddi yanaşır və Moskva “o qaranlıq yola” getdiyi təqdirdə ABŞ qətiyyətli cavab verəcək. O, Rusiya ilə birbaşa əlaqə saxlanıldığını bildirib.

Ana səhifəDünyaCeyk Sullivan: “ABŞ Putinin nüvə təhdidlərini ciddi qəbul edir”