Fotoqraf Cahangir Yusifin ”Distance / Məsafə” adlı foto layihəsi 2014-cü ildə həyata keçirilməsi nəzərdə tutulsa da, layihənin rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsi bu istəyi təxirə salmişdı
“Demokratiya naminə İncəsənət” (Art for Democracy) kampaniyası fevralın 2-də Çexiyanın paytaxtı Praqada Azərbaycanda “siyasi məhbus” probleminə həsr olunan tədbir keçiriləcək.
Tədbir “Məsafə” adlı fotosərgi adlanır.
Məlumatı Azadlıq Radiosu yayıb.
Fotoqraf Cahangir Yusifin “Distance / Məsafə” adlı foto layihəsi 2014-cü ildə həyata keçirilməsi nəzərdə tutulsa da, layihənin rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsi bu istəyi təxirə salmişdı.
Bildirilir ki, layihə Azərbaycanda siyasi fəaliyyətinə görə repressiya ilə üzləşmiş, siyasi məhbusları və onların ailə üzvlərini əhatə edir.
“Art for Democracy” kampaniyasının məqsədi Azərbaycanda insan haqlarının, demokratik təsisatların durumuna diqqət yönəltmək olub. 2012-ci ildə Bakıda keçirilən «Eurovision» mahnı yarışması ərəfəsində “Sing for Democracy” (Demokratiya naminə oxu) kampaniyasına start verildi, sonradan bu kampaniya adını “Art for Democracy”yə dəyişdi.
Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycanda 100-dən çox insanın siyasi motivlərlə həbsdə olduğunu bildirsə də, hakimiyyət Azərbaycanda siyasi məhbus olmadığını söyləyir.