AKP-nin başqan müavini Mehmet Müəzzinoğlu vətəndaş cəmiyyəti təşkilatlarına çağırış edib
Türkiyənin keçmiş səhiyyə naziri, hazırda isə hakim Ədalət və İnkişaf Partiyasının başqan müavini Mehmet Müəzzinoğlu “Çevrilişə cəhd edənlərə edam cəzası verilməsini müzakirə edəcəyik” deyib. Türkiyənin
“Sozcu”
qəzeti yazıb ki, M. Müəzzinoğlu vətəndaş cəmiyyəti qurumlarına iyulun 16-da Türkiyə Böyük Millət Məclisinə gəlmələri üçün çağırış edib.
O, Twitter hesabında “Millətimiz ayaq üstə gücünü göstərdi. İndi isə millətin vətəndaş cəmiyyəti təşkilatlarını saat 13.00-də Qazi Məclisində gözləyirik” deyə bildirib.