“Cənubi Qafqazda nizamlanma üzrə real danışıqlara başlamaq imkanı var”

ATƏT-in baş katibi Qarabağ münaqişəsinin həllində real imkanlar olduğunu düşünür

Source:


ATƏT-in baş katibi Qarabağ münaqişəsinin həllində real imkanlar olduğunu düşünür

ATƏT-in baş katibi Lamberto Zanyer ümid edir ki, “yeni səylər” Qarabağ nizamlanması üzrə sülh danışıqlarının irəlilədilməsinə kömək edəcək.

“Turan İA”-ın Vaşinqton müxbirinə müsahibəsində Lamberto Zanyer bildirib ki, beynəlxalq ictimaiyyətin bütün diqqəti Rusiyanın Ukraynaya təcavüzünə və sabitliyin pozulmasının Qafqaz regionuna yayılmamasına və yeni gərginliyə səbəb olmamasına cəmləşib.

“Baxmayaraq ki, bütünlükdə Qafqazda vəziyyət sakit olaraq qalır, öz müqəddəratını həll etmək haqqında danışıqlar narahatlıq doğurur… Vəziyyət geriyə dönə bilər və gələcəkdə problemlər yarada bilər” deyə Zanyer bildirib.

İndi Minsk qrupunun həmsədrləri tərəflərin yüksək səviyyədə yeni görüşlərinin hazırlanması üzərində işləyir. “Vasitəçilər Ermənistan və Azərbaycan prezidentlərinin yeni görüşünün təşkili üzərində işləyəcəklər. Görünür, Cənubi Qafqazda nizamlanma üzrə real danışıqlara başlamaq imkanı var”.

Zanyer üç gün əvvəl ATƏT-in baş katibi olub və Ukrayna böhranının müzakirəsi üçün Vaşinqtona gəlib

Ana səhifəXəbərlər“Cənubi Qafqazda nizamlanma üzrə real danışıqlara başlamaq imkanı var”