60 yaşlı qadın 24 il həbsdə qalacaq
Cənubi Koreyanın keçmiş prezidenti Park Ceun-he (Park Geun-hye) 24 illik həbs cəzası alıb.
O, korrupsiya və hakimiyyətdən sui-istifadədə təqsirli bilinir.
Azadlıq Radiosunun məlumatına görə, Seul Mərkəzi Məhkəməsi hökmü aprelin 6-da çıxarıb. Eks prezident hakimiyyətdən sui-istifadədə, rüşvətxorluqda, dövlət sirlərinin sızdırılmasında, pul qoparmada təqsirli bilinib.
İttihama görə, Park yaxın rəfiqəsi Çoi Sunsil (Choi Soonsil) ilə əlbir olaraq 18 konqlomeratı Çoinin rəhbəri olduğu fondlara 72,3 milyon dollar ödəməyə məcbur ediblər. Hər iki qadın biznes qruplardan dövlət dəstəyi əvəzində rüşvət almaqda təqsirli bilinib. Park həmçinin konfidensial prezident sənədlərini rəfiqəsinə sızdırmaqda suçlu bilinib.
Park günahsız, “siyasi intiqam” qurbanı olduğunu deyib. O, oktyabrdan məhkəməni boykot edib, hökm oxunanda da məhkəməyə gəlməyib.
66 yaşlı Park 18 milyard von (16,8 milyon dollar) cərimə də olunub.
Cənubi Koreyanın ilk qadın prezidenti olan Park mərhum prezident Park Çunk-hinin (Park Chung-hee) qızıdır. O, 1979-cu ildə qətlə yetirilib.