Prezident Şimali Koreyanın tərəfdarlarına qarşı mübarizə aparacağını açıqlayıb
Cənubi Koreyanın Prezidenti Yun Sok Yolun ölkəsində hərbi vəziyyət elan etdiyi bildirilir.
O, bu barədə dekabrın 3-də xalqa müraciətində bildirib.
Cənubi Koreya Prezidenti azad ölkəni yenidən quracağını, hərbi vəziyyət vasitəsilə Şimali Koreyanın tərəfdarlarına qarşı mübarizə aparacağını bildirib.
Prezident müxalifət partiyalarının ölkəni böhran vəziyyətinə salmağa çalışdığı üçün bu tədbirə əl atdığını deyib.
Yun Sok Yol hərbi vəziyyətlə bağlı konkret hansı tədbirlərin görüləcəyini açıqlamayıb.
2024-cü il noyabrın sonunda Cənubi Koreyanın parlamentdə çoxluğa malik olan müxalif Demokratik İşçi Partiyası hökumətin büdcə təklifini rədd edərək dövlət auditoru və baş prokuroru impiçment etmək qərarına gəlib.
Cənubi Koreyada prezident seçkiləri yalnız bir dəfə seçilmək imkanı verir.
Ümumi səsvermə yolu ilə beş il müddətinə seçilir.
Prezident hökumətə başçılıq edir və Cənubi Koreya Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsini tutur.
Yun Sok Yol 2022-ci il mayın 10-dan Prezident postunu tutub.