”Cənab prezident, əsgər ölümlərinə son qoymaq lazımdır!”

2013-cü il yanvarın 12-də “Əsgər ölümlərinə son!” şüarı ilə keçirilən etiraz aksiyasında iştirak edən Tapdıq Babaşov  2 il sonra  mayın 23-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləcəridə yerləşən hərbi hissəsində xidmət keçən zaman həlak olub. Yaxınları isə onun qəsdən öldürüldüyünü bildirir:

“Azərbaycanda dedovşinaya qarşı döyüşərkən şəhid oldu. Minlərlə Azərbaycan əsgərlərinin hüquqlarını bərpa edərkən şəhid oldu, mənim oğlum. Şəhidlər ölmür, mənim oğlum ölmədi. Ölən o iyrənc çavuşlar, onların acgöz komandirləri, harınlamış generallarıdır. Bu gün biz Bakı Şəhər Hərbi Prokurorluğunda tapmadığımız ədaləti, Hərbi məhkəmədə axtarırıq. Oğlumun qatili düzgün tapılıb üzə çıxmalıdır. Mən Azərbaycan Respublikasının prezidentinə müraciət edirəm. Cənab prezident, Azərbaycanda əsgər ölümü baş alıb gedir. Əsgər ölümünə son qoymaq lazımdır.”

Öldürüldüyü deyilən əsgər Tapdıq Babaşovun dekabrın 28-də  Hərbi Məhkəmədə cinayət işinə baxılıb.

Təqsirləndirilən şəxslərdən Elməddin Babayevin vəkili iş materialları ilə tanış olmaq istədiyi üçün proses yanvarın 11-nə təxirə salınıb.

__

Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.

Whatsapp nömrəmiz: +49 176 16263646

Ana səhifəVideo”Cənab prezident, əsgər ölümlərinə son qoymaq lazımdır!”