Çempionlar Liqasının final oyunu Santk-Peterburqda keçirilməyəcək

UEFA. Foto: Richard Juilliart/shutterstock

UEFA İcraiyyə Komitəsi qərarını açıqladı

UEFA İcraiyyə Komitəsi fevralın 25-də Avropada təhlükəsizliklə bağlı vəziyyətin kəskinləşməsi ilə əlaqədar növbədənkənar iclas keçirib.

 UEFA İcraiyyə Komitəsi 2021/22 UEFA Çempionlar Liqasının finalının Sankt-Peterburqdan Saint-Denisdəki Stade de Fransa köçürülməsi barədə qərar qəbul edib. Oyun ilkin olaraq 28 May şənbə günü Avropa vaxtı ilə 21:00-da oynanılacaq.

UEFA Fransa Respublikasının Prezidenti Emmanuel Makrona Avropa futbolunun ən prestijli oyununun misilsiz böhran zamanı Fransaya köçürülməsi üçün göstərdiyi şəxsi dəstəyə və öhdəliyinə görə təşəkkür və minnətdarlığını bildirib.

“UEFA Fransa hökuməti ilə birlikdə Ukraynada dəhşətli insan iztirabları, dağıntılar və köçkünlüklə üzləşmiş futbolçuların və onların ailələrinin xilas edilməsini təmin etmək üçün çoxtərəfli səyləri tam dəstəkləyəcək”, – məlumatda deyilir.

Bugünkü iclasda UEFA İcraiyyə Komitəsi həmçinin Rusiya və Ukrayna ərazisində öz bayrağı altında keçirilməli olan bütün turnirləri təxirə salıb.

Bu qərara klub və milli komandaların iştirakı ilə bütün yarışlar daxildir. Hazırda qərar yalnız bir oyuna şamil edilir. Bu, Moskva “Spartak”ının Avropa Liqasının 1/8 finalındakı ev matçıdır.

UEFA, martın 24-də Moskvada Rusiya və Polşa milliləri arasında oynanılacaq dünya çempionatının pley-off mərhələsinin yarımfinal görüşünün də başqa ölkədə keçirilməsi üçün FİFA-ya təzyiq göstərmək niyyətindədir.

Bu qərarların verilməsinə səbəb kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilir.

Ana səhifəDünyaÇempionlar Liqasının final oyunu Santk-Peterburqda keçirilməyəcək