Çempionlar Liqasında yarımfinalın ilk oyunu keçirilib

Foto: Manchester Evening News

“Real” – “Mançester Siti” matçında qalib müəyyənləşməyib

Mayın 9-da UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi start götürüb.

İlk oyun günündə bir qarşılaşma keçirilib.

Turnirin son qalibi olan İspaniyanın “Real” klubu Madriddə İngiltərə təmsilçisi “Mançester Siti”ni qəbul edib. “Santyaqo Bernabeu” stadionunda keçirilən oyun saat 23:00-da başlayıb.

Bu komandalar ötən mövsümdə də Çempionlar Liqasının yarımfinalında üz-üzə gəlmişdi. Səfərdə 3:4 hesabı ilə uduzan “Real” Madriddə qələbə qazanmaqla (3:1), finala çıxmışdı.

Budəfəki duelin ilk qarşılaşmasında qalib müəyyənləşməyib. Komandalar hərəsi bir dəfə qol sevinci yaşayıb – 1:1.

“Mançester Siti” ilə “Real” arasında cavab matçı mayın 17-də keçiriləcək.

Yarımfinalın digər oyununda İtaliya təmsilçiləri – “Milan” və “İnter” qarşılaşacaq. Oyun mayın 10-da keçiriləcək.

Ana səhifəİdmanÇempionlar Liqasında yarımfinalın ilk oyunu keçirilib