“Cəmiyyətin bir hissəsini Azərbaycana düşmən elan edən prezidentin ətrafında birləşmək mümkünsüzdür”

Ramiz Mehdiyev hesab edir ki, daxili mübarizəyə son qoyulmalıdır

Source: Meydan TV


Ramiz Mehdiyev hesab edir ki, daxili mübarizəyə son qoyulmalıdır

Son vaxtlar hakimiyyəti dəstəkləyən deputatların və medianın hədəfində olan AMEA prezidenti Ramiz Mehdiyev danışıb.

Prezident Administrasiyasının sabiq rəhbəri xüsusi vurğulayıb ki, daxili mübarizəyə son qoyulmalıdır:

“Hazırkı siyasi şəraitdə bizim hər birimizin yalnız bir düşməni var – işğalçı Ermənistan! Bütün enerjimiz və gücümüz bu düşmənlə mübarizəyə yönəlməlidir. Tariximiz də onu göstərir ki, xarici təhlükələri unudub, daxili mübarizəyə aludə olduğumuz bütün dövrlərdə böyük itkilərlə və məğlubiyyətlərlə qarşılaşmışıq. Keçmişin faciələrindən ibrət götürmək və dövlətimizin başçısının ətrafında sıx birləşmək bizim Vətən qarşısındakı borcumuz və mənəvi məsuliyyətimizdir!”

AMEA prezidenti rəsmi dövlət agentliyi

“Azərtac”

a siyasi əqidənin onun üçün qumar daşı olmadığını da deyib:

“Şəxsən öz adımdan bir daha bəyan etmək istəyirəm ki, siyasi əqidə məsələsi mənim üçün qumar daşı deyil və mən ömrüm boyu xidmət etdiyim yoldan hansı vəzifəni tutmağımdan asılı olmayaraq heç vaxt dönməmişəm, daşıyıcısı olduğum əqidənin doğruluğuna dair tərəddüd hissi keçirməmişəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ideallarının ölkəmizin sabitliyi, rifahı və inkişafı üçün ən düzgün siyasi seçim olduğuna daim əmin olmuşam. Bu yolda Heydər Əliyevin və Prezident İlham Əliyevin sadiq silahdaşı olaraq uzun illər fəaliyyət göstərmişəm və bundan sonra da göstərməyə davam edəcəyəm”.

1478033754_12596605_986768104750481_2097728364_o.jpg
Rauf Mirqədirov

Ramiz Mehdiyevin açılamasını Meydan TV-yə şərh edən siyasi icmalçı Rauf Mirqədirovun sözlərinə görə, akademik son vaxtlar elə bəyanatlar verir ki, onu hərə öz istədiyi kimi yozur: “Ramiz Mehdiyev bir tərəfdən birliyə çağırır, digər tərəfdən bəyan edir ki, hakimiyyətin siyasətini dəstəkləyərək hamını Prezidentin ətrafında birləşməyə dəvət edir. Halbuki, radikal hesab etdikləri AXCP sədri 12 iyul atəşkəs pozuntusundan sonra dövlətin və ordunun yanında olacağını və müxalifliyini kənara qoyduğunu demişdi. Amma Mehdiyevin hamını ətrafında birləşməyə çağırdığı dövlət başçısı 1 gün sonra dedi ki, AXCP ermənilərdən də pisdir. Birincisi, bu açıqlamanın çox maraqlı tərəfi var: ermənilər pisdir nə deməkdir? Hakimiyyət Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olduğunu söyləyirsə, bu açıqlama niyə səslənir və hansı məqsədi daşıyır? Azərbaycan vətəndaşı kimi qəbul etmək istədiyi insanları düşmən adlandırmaq Prezidentə yaraşan açıqlama deyil. İkincisi, onun ətrafında birləşmək istəyənlərə “ermənilərdən də pisdir” açıqlaması nə deməkdir? Bu, prezidentin hansı mövqedə dayandığını, nə qədər birliyə malik olmaq istədiyini kifayət qədər aşkarlayır. Əgər prezident cəmiyyətin bir hissəsini Azərbaycana düşmən elan edirsə, onun ətrafında birləşmək mümkünsüzdür”.

Siyasi şərhçi deyir ki, başqa bir məsələ Prezidentin Azərbaycan diplomatlarını başqa dövlətlərin maraqlarına işləməkdə ittiham etməsi ilə bağlıdır:

“Dövlət başçısının son vaxtlar bu cür çıxışları cəmiyyətin birləşməsinə müsbət təsir etmir. Bütün bunları əsas götürüb Ramiz Mehdiyev də mövqeyini müəyyənləşdirməlidir, yəni müraciətlərinin ünvanını dəqiqləşdirməlidir, nəinki nala-mıxa vurmalı. Konkret olaraq, son vaxtlar Mehdiyevi ittiham edən Fəzail Ağamalı müxalifyönlü deputat deyil. Fəzail Ağamalı açıq şəkildə deyir ki, Mehdiyev prezidentin siyasətini sabotaj edir, bunu ki, mühacirətdəkilər yox, hakimiyyəti dəstəkləyən deputat deyir. Və bunu elə adam deyir ki, uzun müddət Mehdiyevin tapşırıqlarıyla danışıb. Yəni dünənə qədər Mehdiyevi alqışlayan adamlar indi onun əleyhinə danışır. Bu baxımdan xarici təhlükə deyəndə, akademik nəyi nəzərdə tutduğunu aydın açıqlamalıdır”.

Rauf Mirqədirov hesab edir ki, Ramiz Mehdiyev artıq siyasi fiqur deyil, dövlət vəzifəsində yalnız Təhlükəsizlik Şurasında rolu qalır:

“Prezident Administrasiyasının yox, AMEA rəhbəri olduğu üçün bu gün Mehdiyev bəzi xarici təhdidlər haqqında daha açıq danışa bilər. Çünki məsuliyyətli vəzifə daşımır. Məsələ ondadır Mehdiyev və tərəfdarları uzun müddət əsas xarici təhdid kimi ABŞ başda olmaqla Qərbi göstərirdilər. Konkret olaraq, indi ondan üz döndərən Milli Məclisin sabiq birinci vitse-spikeri Ziyafət Əsgərovun çıxışlarını xatırlamaq yetər. Elə Ramiz Mehdiyev administrasiya rəhbəri olduğu zaman yazdığı məqalələri və kitabları da misal göstərmək olar”.

Ana səhifəXəbərlər“Cəmiyyətin bir hissəsini Azərbaycana düşmən elan edən prezidentin ətrafında birləşmək mümkünsüzdür”