Cəmil Həsənlidən Gülər Əhmədovaya cavab

O bu cür danışmaqla hakimiyyətə bildirmək istəyir ki, bu şəraitdə belə əhəmiyyətliliyini itirməyib, onlara gərəkli ola bilər.

Source:

Bildiyiniz kimi bu gün Gülər Əhmədovanın məhkəməsi keçirilib və Gülər xanım məhkəmədə Cəmil Həsənlinin ünvanına sərt ittihamlar səsləndirib:

Keçmiş həmkarım Cəmil Həsənli mənə mandat alverçisi deyib. Gəlsin bura, ona çox şeyi sübut edərəm. Onun kimi qadın dalınca danışan deyiləm. Cəmil Həsənli və onun yanında oturan mandatı əlindən çıxanların hansı biri mandatı pulla almışdı? Mən Cəmil Həsənli, ABŞ və ATƏT nümayəndələrini burada görmək istəyirəm”.

Cəmil Həsənli isə Musavat qəzetinə müsahibəsində qeyd etdi ki, parlamentin üzvü olduğu dövrdə G.Əhmədova ilə xüsusi bir münasibəti olmayıb:

“Gülər Əhmədovanın məhkəməsində iştirak etmək fikrim yoxdur. Əvvəlcə məhkəməyə özü ilə bağlı məsələləri sübut etsin, sonra bizə nəyisə sübut etməkdən danışsın. Sadəcə Gülər Əhmədova məhkəmədə özünü müdafiə etmək yerinə mənimlə bağlı danışıb ki, hakimiyyətə gərəkli olduğunu nümayiş etdirsin. İqtidara mesaj verib ki, hətta həbsdə olduğu vaxtda, bu şəraitdə belə əhəmiyyətliliyini itirməyib, onlara gərəkli ola bilər”.

C.Həsənli bildirdi ki, ortada video görüntülər, cinayət işi var: “Onun “mandat alveri” ilə məşğul olması barədə videogörüntülər, səs yazısı var. Adam hazırda buna görə, həbsdədir. Gülər Əhmədova mənə qarşı ittihamlar səsləndirməklə azadlığa çıxmaq istəyir”.

Ana səhifəXəbərlərCəmil Həsənlidən Gülər Əhmədovaya cavab