Cəmil Həsənli Wilson mərkəzinin İon Ratiu Demokratiya mükafatını alıb

İon Ratio Demokratiya mükafatının əsas istiqaməti beynəlxalq dəyərlərin dəstəklənməsidir

Source:


İon Ratio Demokratiya mükafatının əsas istiqaməti beynəlxalq dəyərlərin dəstəklənməsidir

Beynəlxalq Vudro Vilsin Mərkəzi professor, siyasi xadim Cəmil Həsənlini 2015-ci ilin İon Ratiu Demokratiya mükafatının laureatı elan edib. Bu barədə Mərkəzin saytı məlumat yayıb.

Bildirilir ki, Cəmil Həsənli Azərbaycan parlamentinin sabiq üzvüdür, hazırda Demokratik Qüvələrin Milli Şurasının sədridir,2013-cü ildə müxalifətin ölkənin hazırki prezident İlham Əliyevə əsas rəqibi olub. Bugün Cəmil Həsənli həbsxanalarda olan siyasi məhbuslara mənəvi və başqa dəstəklər verir.

İon Ratio Demokratiya mükafatının əsas istiqaməti beynəlxalq dəyərlərin dəstəklənməsidir. Ötən il mükafatı ukraynalı bloger Nayem, 2013-cü ildə macar Ancela Kosze, eyni zamanda, polşalı Adam Mixnik, rusiyalı Oleq Kozlovskiy və digərləri alıb.

Ana səhifəXəbərlərCəmil Həsənli Wilson mərkəzinin İon Ratiu Demokratiya mükafatını alıb