Cəmil Həsənli və qızı istintaqa çağrılıb

“Mən Cəmil Həsənli ilə danışdım. O mənə dedi ki, qızı ilə birgə onu müstəntiq istintaqa çağırıb”

Source:


“Mən Cəmil Həsənli ilə danışdım. O mənə dedi ki, qızı ilə birgə onu müstəntiq istintaqa çağırıb”

Məlumatı Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev yayıb. Bildirilir ki, Cəmil Həsənli və qızı Günel Həsənli oktyabrın 3-də saat 14-də istintaqa çağrılıblar.

“Mən Cəmil Həsənli ilə danışdım. O mənə dedi ki, qızı ilə birgə onu müstəntiq istintaqa çağırıb”,-deyə O. Gülalıyev bildirib.

Artıq iki gündür mətbuat Günel Həsənlinin sentyabrın 19-da Yasamal rayonu ərazisində 86 yaşlı Adilə Səlimovanı avtomobillə vurduğunu yazır. Günel Həsənli polislə bərabər Adilə Səlimovanı xəstəxanaya aparıb və ikinci heç bir şikayət etməyib.

Cəmil Həsənli Meydan TV-yə bildirib ki, hakimiyyət kəskin tənqidi çıxışlarına, Leyla Yunusun və digər siyasi məhbusların hüquqlarını müdafiə etdiyinə, habelə Milli Şurada fəaliyyətimə görə ondan qisas alır.

Ana səhifəXəbərlərCəmil Həsənli və qızı istintaqa çağrılıb