Cəmil Həsənli və Əli Kərimli Avropa Birliyi dövlətlərinin səfirləri ilə görüşüb

Görüşdə Azərbaycan-AB əlaqələri, ölkəmizdə ictimai-siyasi vəziyyət, siyasi məhbusların taleyi, iqtisadi və siyasi islahatların perspektivləri və digər aktual məsələlər müzakirə edilib

Source:
Cəmil Həsənli və Əli Kərimli

Mayın 26-da Milli Şuranın sədri Cəmil Həsənli və Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyində, nümayəndəliyin başçısı Malena Mardın təşkilatçılığı ilə Avropa Birliyinə üzv olan 20 dövlətin səfir və diplomatları ilə görüşüb.

Bu barədə AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində yazıb.

“Görüşdə Azərbaycan-AB əlaqələri, ölkəmizdə ictimai-siyasi vəziyyət, siyasi məhbusların taleyi, iqtisadi və siyasi islahatların perspektivləri və digər aktual məsələlər müzakirə edildi. Olduqca maraqlı və səmərəli görüş oldu”, deyə Kərimli bildirib.

Ana səhifəXəbərlərCəmil Həsənli və Əli Kərimli Avropa Birliyi dövlətlərinin səfirləri ilə görüşüb