O, Leyla və Arif Yunusları nəzarətə götürməyi xahiş edib
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli bu gün Qırmızı Xaç Komitəsinin Bakı ofisində olub.
Həbsdə olan Leyla və Arif Yunusların hüquqlarını Müdafiə Komitəsinin üzvü kimi C.Həsənli ciddi xəstəliklərdən əziyyət çəkən Yunusların vəziyətinin nəzarətə götürülməsini, onların lazımi dərmanla təmin edilməsini BQXK-dan xahiş edib. Bu barədə Turan-a C.Həsənli məlumat verib.
Leyla və Arif Yunuslar dövlətə xəyanətdə və digər cinayətlər törətməkdə ittiham olunaraq həbs ediliblər. Lakin bu ittihamlar sübuta yetirilməyib. “Amnesty İnternational” onları “vicdan məhbusları” kimi tanıyıb.