Cəmil Həsənli deputat olacaq namizədlərin siyahısını açıqladı

“Nəticəsi qabaqcadan bəlli olan seçkilər üçün büdcədən vəsait ayırıb Mərkəzi Seçki Komissiyası, onun aparatını, dairə və məntəqə seçki komissiyaları saxlamağa heç bir ehtiyac yoxdur”

Source:


“Nəticəsi qabaqcadan bəlli olan seçkilər üçün büdcədən vəsait ayırıb Mərkəzi Seçki Komissiyası, onun aparatını, dairə və məntəqə seçki komissiyaları saxlamağa heç bir ehtiyac yoxdur”

Milli Şuranın sədri Cəmil Həsənli 1 noyabr parlament seçkilərində “qalib” gələcək namizədlərin adını açıqlayıb. O, öz Facebook səhifəsində siyahını təqdim edib. Cəmil Həsənli qeyd edib ki, hakimiyyət deputat korpusu ilə bağlı ciddi dəyişikliyə, azad, ədalətli, demokratik seçki keçirməyə qərarlı deyil: “Sizə təqdim edilən bu tərkibdə 5 faiz həddində müəyyən dəyişikliklərin ola biləcəyi istisna edilmir. Ona görə də, nəticəsi qabaqcadan bəlli olan bir seçkilər üçün büdcədən vəsait ayırıb Mərkəzi Seçki Komissiyası, onun aparatını, dairə və məntəqə seçki komissiyaları saxlamağa heç bir ehtiyac yoxdur. Heç Avropa Şurası Parlament Assambleyasının zəhmət çəkib Strasburqdan müşahidə heyəti göndərməsinə də zərurət yoxdur. Noyabr ayının 1-də seçiləcək bu tərkib haqqında onlar öz hesabatlarını elə indidən hazırlaya bilərlər. Seçkidə iştirak edən bəzi şəxslər namizəd kimi qeydiyyata alınmalarını sevincək olaraq sosial şəbəkələrdə yayırlar. Əminliklə deyə bilərik ki, onların seçki optimizmi bununla da başa çatır. Göründüyü kimi, ölkədə seçki abı-havası yoxdur. Hər şey seçki imitasiyasına, palitrası rəngarəng olan bəzi kiçik partiya və birlik təmsilçilərinə yer nəzərdə tutulması isə legitimlik görüntüsü yaratmağa hesablanıb. Əslində, bizim seçkidə iştirakdan imtina qərarımız Azərbaycan xalqının seçim haqqının mənimsənilməsi ilə bağlı idi. Bu siyahının timsalında Siz bunu noyabr ayının 1-də bir daha müşahidə edə bilərsiniz. Bizim Sizə təqdim etdiyimiz Milli Məclisin noyabrın 1-də rəsmiləşdiriləcək tərkibi nə MSK-nın texniki xətası, nə də hakimiyyət dairələrindən məlumat sızması əsasında tərtib edilməyib. Bu siyahı bizim uzun müddətli seçki müşahidələrimiz və MSK-nın İnformasiya Mərkəzinin məlumatları əsasında tərtib edilib. Buyurun bu da seçki!


1 saylı Şərur-Sədərək seçki dairəsi – Talıbov Vasif Yusif oğlu



2 saylı Şərur seçki dairəsi – Həbibbəyli İsa Əkbər oğlu



3 saylı Babək-Kəngərli-Naxçıvan dairəsi – Mehbalıyev Səttar Suliddin oğlu



4 saylı Naxçıvan şəhər seçki dairəsi – İbrahimov Eldar Rza oğlu



5 saylı Şahbuz-Babək seçki dairəsi – Novruzov Siyavuş Dünyamalı oğlu



6 saylı Culfa-Babək seçki dairəsi – Həmzəyeva Ülviyyə Tapdıq qızı



7 saylı Ordubad-Culfa dairəsi – Həsənquliyev Qüdrət Müzəffər oğlu



8 saylı Binəqədi birinci seçki dairəsi –Quliyev Azay Əjdər oğlu



9 saylı Binəqədi ikinci seçki dairəsi – Qafarov Kəmaləddin Nəsrəddin oğlu



10 saylı Binəqədi üçüncü seçki dairəsi –Musayev Madər Ələsgər oğlu



11 saylı Qaradağ seçki dairəsi – Hüseynov Aydın Nəsir oğlu



12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi – Zabelin Mixail Yuryeviç



13 saylı Xəzər – Pirallahı seçki dairəsi – Əliyev Rauf Asif oğlu



14 saylı Xəzər seçki dairəsi – Əliyeva Mehriban Arif qızı



15 saylı Yasamal birinci seçki dairəsi –Quliyev Ülvi Zahid oğlu



16 saylı Yasamal ikinci seçki dairəsi –Mustafayeva Aytən İnqlab qızı



17 saylı Yasamal üçüncü seçki dairəsi – İlhamiyyə Rza Faiq qızı



18 saylı Nərimanov-Nizami seçki dairəsi –Musabəyov Rasim Nəsrəddin oğlu



19 saylı Nərimanov birinci seçki dairəsi – Məmmədov Hikmət Baba oğlu



20 saylı Nərimanov ikinci seçki dairəsi – Əliyev Adil Abış oğlu



21 saylı Nəsimi birinci seçki dairəsi – İbrahimqızı Məlahət İbrahim qızı



22 saylı Nəsimi ikinci seçki dairəsi –Mollazadə Asim Nazim oğlu



23 saylı Nəsimi-Səbail seçki dairəsi –Səmədzadə Ziyad Əliabbas oğlu



24 saylı Nizami birinci seçki dairəsi – Abdullayev Rövnəq İbrahim oğlu



25 saylı Nizami ikinci seçki dairəsi – Vəliyeva Sədaqət Süleyman qızı



26 saylı Sabunçu birinci seçki dairəsi –Mustafa Fazil Qəzənfər oğlu



27 saylı Sabunçu ikinci seçki dairəsi –Cəbrayılova Dilarə Məmmədağa qızı



28 saylı Sabunçu üçüncü seçki dairəsi – Quliyev Eldar Allahyar oğlu



29 saylı Səbail seçki dairəsi – Hacıyev Şəmsəddin Hümbət oğlu



30 saylı Suraxanı birinci seçki dairəsi – Fətəliyeva Sevinc Həbib qızı



31 saylı Suraxanı ikinci seçki dairəsi –Quliyev Fərəc İbrahim oğlu



32 saylı Suraxanı üçüncü seçki dairəsi – Abıyev Ağacan Qulam oğlu



33 saylı Xətai birinci seçki dairəsi – Mirələmov Hüseynbala Fazil oğlu



34 saylı Xətai ikinci seçki dairəsi – Muradov Fuad Rauf oğlu



35 saylı Xətai üçüncü seçki dairəsi –Əlizadə Araz Məmməd Mübariz oğlu



36 saylı Xətai dördüncü seçki dairəsi – Seyidov Səməd İsmayıl oğlu



37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi – Kərimzadə Pərvin Orxan qızı



38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi – Həmzəyev Naqif Ələşrəf oğlu



39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi – Fətiyev Xanlar Nuru oğlu



40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi – Quliyev Musa İsa oğlu



41 saylı Sumqayıt birinci seçki dairəsi – Xəlilov Mirzəcan Mirzəmməd oğlu



42 saylı Sumqayıt ikinci seçki dairəsi –Mirkişili Tahir Famil oğlu



43 saylı Sumqayıt üçüncü seçki dairəsi – Babayev Muxtar Bahadur oğlu



44 saylı Sumqayıt-Xızı seçki dairəsi –Salayev Hacı Hacıbaba oğlu



45 saylı Abşeron seçki dairəsi – Əsədov Oqtay Sabir oğlu



46 saylı Şirvan seçki dairəsi – Cəbrayılov Rəfael Kamil oğlu



47 saylı Mingəçevir seçki dairəsi – Mirzəzadə Aydın Böyükkişi oğlu



48 saylı Yevlax seçki dairəsi – Məmmədov İlham Kazım oğlu



49 saylı Yevlax-Mingəçevir seçki dairəsi – Hüseynli Əli Məhəmməd oğlu



50 saylı Abşeron-Qobustan dairəsi- Xanlarova Zeynəb Yəhya qızı



51 saylı Qusar seçki dairəsi – Badamov Azər Camal oğlu



52 saylı Quba seçki dairəsi –Əhmədov Vahid Qazməmməd oğlu



53 saylı Quba-Qusar seçki dairəsi – Abramov Yevda Sasunoviç



54 saylı Şabran-Siyəzən seçki dairəsi – Süleymanov Tahir Süleyman oğlu



55 saylı Xaçmaz şəhər seçki dairəsi – Abbasova Lalə Gülbaba qızı



56 saylı Xaçmaz kənd seçki dairəsi – Əliyev İlham Əli Səftər oğlu



57 saylı Kürdəmir seçki dairəsi – Qəribov Nizami İsməli oğlu



58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi –Hüseynov Rəfae Baba oğlul



59 saylı Salyan seçki dairəsi –Hüseynov Əliağa İzzət oğlu



60 saylı Sakyan-Neftçala dairəsi- Ağamalı Fəzail Rəhim oğlu



61 saylı Neftçala seçki dairəsi – Rəhimzadə Arif Qafar oğlu



62 saylı Saatlı seçki dairəsi – Amaşov Əflatun Əhməd oğlu



63 saylı Sabirabad birinci seçki dairəsi – Hüseyn Pənah Çodar oğlu



64 saylı Sabirabad ikinci seçki dairəsi – Xəlilov Rüstəm Gülabba oğlu



65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi – Əmiraslanov Əhliman Tapdıq oğlu



66 saylı Biləsuvar dairəsi- Kazımlı Xanhüseyn Hüseynağa oğlu



67 saylı Cəlilabad şəhər seçki dairəsi – Həsənov Malik Əvəz oğlu



68 saylı Cəlilabad kənd seçki dairəsi – Kazımov Mirkazım Məhəmməd oğlu



69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi – İbrahimli Fəzail Feyruz oğlu



70 saylı Masallı şəhər seçki dairəsi – Əliyev Nəriman Əlibala oğlu



71 saylı Masallı kənd seçki dairəsi – Axundova Elmira Hüseyn qızı



72 saylı Yardımlı-Masallı seçki dairəsi – Qasımlı Musa Cəfər oğlu



73 saylı Lənkəran şəhər seçki dairəsi – Quliyev Rüfət Atakişi oğlu



74 saylı Lənkəran kənd seçki dairəsi – Rəcəbli Hadı Musa oğlu



75 saylı Lənkəran-Masallı seçki dairəsi – Paşazadə Cavanşir Hümmət oğlu



76 saylı Lənkəran-Astara seçki dairəsi – Əsgərov Ziyafət Abbas oğlu



77 saylı Astara seçki dairəsi – Mahmudov Rəşad Məmmədqulu oğlu



78 saylı Lerik seçki dairəsi – Məmmədov İqbal Nəriman oğlu



79 saylı İmişli seçki dairəsi – Qasımov Əsabil Qarakişi oğlu



80 saylı İmişli-Beyləqan seçki dairəsi – Qənizadə Çingiz Aşralı



81 saylı Beyləqan seçki dairəsi – İsmayılov Şahin Əmir oğlu



82 saylı Ağcabədi seçki dairəsi – Rzayev Tahir Musa oğlu



83 saylı Ağcabədi-Füzuli seçki dairəsi – Abbasov Aqil Məhəmməd oğlu



84 saylı Füzuli seçki dairəsi – Muradova Bahar Əvəz qızı



85 saylı Şamaxı seçki dairəsi – Süleymanov Elxan Sirac oğlu



86 saylı İsmayıllı seçki dairəsi – Aslanov Novruz Davud oğlu



87 saylı Ağsu-İsmayıllı seçki dairəsi –Kərimli Tahir Zayıdağa oğlu



88 saylı Göyçay seçki dairəsi – Hacıyev Sabir Kamal oğlu



89 saylı Göyçay-Ağdaş seçki dairəsi – Nəsirov Elman Xudam oğlu



90 saylı Ağdaş seçki dairəsi – Əsədullayev Çingiz Rauf oğlu



91 saylı Ucar seçki dairəsi –Hüseynov Vüsal Afqan oğlu



92 saylı Zərdab-Ucar seçki dairəsi –Əliyeva Jalə Fazil qızı



93 saylı Bərdə şəhər seçki dairəsi- Baxşəliyeva Gövhər Baxşəli qızı



94 saylı Bərdə kənd seçki dairəsi – Orucov Zahid Məhərrəm oğlu



95 saylı Tərtər seçki dairəsi –Alıyev Sahib Eyvaz oğlu



96 saylı Goranboy-Naftalan seçki dairəsi – Aslanov Mahir Məhəmmədəli oğlu



97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi – Vəliyev Ağalar İsrafil oğlu



98 saylı Şəmkir şəhər seçki dairəsi – Qafarova Sahibə Əli qızı



99 saylı Şəmkir kənd seçki dairəsi – Əliyeva Sona Sakit qızı



100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi – Bayramov Kamran Fərhad oğlu



101 saylı Göygöl-Daşkəsən seçki dairəsi – Rzayev Rövşən Şükür oğlu



102 saylı Samux-Şəmkir seçki dairəsi – Ələsgərov Valeh Feyruz oğlu



103 saylı Gədəbəy seçki dairəsi – Hüseynova Sevinc Əmirəhməd qızı



104 saylı Gədəbəy-Tovuz seçki dairəsi – Məmmədhəsənov Rafiq Musa oğlu



105 saylı Tovuz seçki dairəsi – Paşayeva Qənirə Ələsgər qızı



106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi – İsmayılov İlyas Abbas oğlu



107 saylı Qazax seçki dairəsi – Nəbizadə Kamran Telman oğlu



108 saylı Ağstafa seçki dairəsi – Cəfərov Nizami Qulu oğlu



109 saylı Balakən seçki dairəsi – Məhməliyev Nəsib Məhəmməd oğlu



110 saylı Zaqatala seçki dairəsi –Elşən Musayev Məmmədhənifə oğlu



111 saylı Zaqatala-Balakən seçki dairəsi – Əliyeva Kamilə Əlağa qızı



112 saylı Qax seçki dairəsi – Kərimli Azər Şəmşid oğlu



113 saylı Şəki şəhər seçki dairəsi – Mahmudov Yaqub Mikayıl oğlu



114 saylı Şəki kənd birinci seçki dairəsi – Məsimli Əli Əhməd oğlu



115 saylı Şəki kənd ikinci seçki dairəsi – Feyziyev Cavanşır Əyyub oğlu



116 saylı Qəbələ dairəsi – Heydərov Fəttah Səməd oğlu



117 saylı Oğuz-Qəbələ seçki dairəsi – Naxçıvanlı Aqiyə Həbib qızı



118 saylı Ağdam şəhər seçki dairəsi – Əliyev Bəxtiyar Həmzə oğlu



119 saylı Ağdam kənd seçki dairəsi – Sadıqov Bəxtiyar Yusif oğlu



120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi – Şahverdiyev Astan Nuşrəvan oğlu



121 saylı Laçın seçki dairəsi – Abbaszadə Mahir Tapdıq oğlu



122 saylı Xankəndi dairəsi- Qasımova Flora Qasım qızı



123 saylı Kəlbəcər seçki dairəsi – Qurbanov Cavid Qənbər oğlu



124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi – Məmmədov Elman Camal oğlu



125 saylı Zəngilan-Qubadlı seçki dairəsi – İsmayılov İmamverdi İbiş oğlu


“Cəmil Həsənli özünü biabır etdi”

“Trend” İnformasiya Agentliyi  isə Azər Niftiyevin “Cəmil Həsənli özünü necə biabır etdi” adlı yazısını yayıb. Həmin yazıda qeyd olunur: ““Azərbaycan müxalifətinin lideri” yaydığı siyahıda gülməli, gülməli olduğu qədər də ağlamalı səhvlərə yol verib. Belə ki, cənab Həsənli 27 saylı ikinci Sabunçu seçki dairəsindən Əliyev Fuad Ağası oğlunun “deputat seçiləcəyini” iddia edib. Apardığımız araşdırmalar zamanı məlum olub ki, adıçəkilən dairədən yeddi namizəd qeydə alınıb ki, onların arasında Əliyev Fuad Ağası oğlu adlı şəxsin adı ümumiyyətlə yoxdur.

Nəzərə çatdıraq ki, qüvvədə olan Seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq vətəndaşın deputatlığa namizədliyi qeydə alındıqdan sonra onun haqqında seçki prosesi ilə bağlı məlumatlar MSK-nın rəsmi saytında verilir.

Digər yandan C.Həsənli ekspertlər tərəfindən seçilmək ehtimalı olduqca aşağı qiymətləndirilən şəxslərdən birinin seçkilərdə “qalib” olacağını deyib. Görünür “qılığına girmək” üçün belə edib. Necə deyərlər, könlünü xoş etmək üçün”.

Cəmil Həsənli A.Niftəliyevin istinad etdiyi dairədə Fuad Əliyevin adının getməsini texniki səhv adlandırdı: “Həmin dairədən Cəbrayılova Dilarə Məmmədağa qızı olmalıdır”.


Siyavuş Novruzov: “Yəqin onun da deputatlığı saxta olub”

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az- bildirib ki, hazırda təbliğat və təşviqat gedir, bu prosesdə hər bir namizəd öz platformasını ortaya qoyur:  “Əvvəla, seçicilər müxalifətin seçki platformasını dəstəkləyəcəksə, onlar da seçiləcək. İkincisi, Cəmil Həsənli iki dəfə deputat seçilib, yəqin onun da deputatlığı saxta olub, onda niyə seçilməyini gözləyirdi, gedib Mərkəzi Seçki Komissiyasından mandatını alardı”.

Siyavuş Novruzov qeyd edib ki, bu cür böhtan və yalanlar seçkinin üzərinə heç bir kölgə sala bilməz: “Bəli, seçki prosesində, təbliğat-təşviqat zamanı və digər proseslərdə namizədlərin sorğular vasitəsilə ortaya çıxması olur. Bunun digərindən güclü, yaxud hər birinin necə dərəcəsi olduğu bu zaman ortaya çıxır. Bu, normal haldır. ABŞ-da da prezident seçkilərində bununla bağlı məlumatlar verilir. Amma əsas səsvermə noyabrın 1-dədir. Kimə səsə verəcəklərsə, o da Milli Məclisə deputat seçiləcək. Cəmil Həsənli bu qədər bilicidirsə, namizədliyini verib mübarizə aparardı. Azad şərait, azad seçki mühiti var”.

Ana səhifəXəbərlərCəmil Həsənli deputat olacaq namizədlərin siyahısını açıqladı