Cəlilabadda su bəndi dağılıb, magistral yol bağlanıb (yenilənib)

Cəlilabad rayonunda su bəndi dağılıb

Source:
Bənd dağılıb, foto: report.az
Bənd dağılıb, foto: report.az


***


Cəlilabadda su bəndinin aşması nəticəsində bağlanan Ələt-Astara magistral yolu açılıb.


Bu barədə APA-nın cənub bürosuna Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Vidadi Dövlətov məlumat verib. O bildirib ki, hazırda aidiyyəti qurumların nümayəndələri ərazidə fəaliyyətlərini davam etdirirlər.


***


Cəlilabad rayonunda su bəndi dağılıb

“Report”un Aran bürosu xəbər verir ki, son günlər aramsız yağan yağışlar rayon ərazisindəki bəzi göllərin səviyyəsini qaldırıb.

Yerli sakinlərin sözlərinə görə, rayonun Cəfərxanlı kəndi ərazisindəki belə göllərdən birinin səviyyəsi maksimum həddə çatdığından bənd dağılıb.

Gölün suyu İncəçay vasitəsi ilə axıdıldığından rayonun Alar kəndinə də təhlükə yaranıb. Əraziyə texnika və canlı qüvvə cəlb edilib. Yerli sakinlərin verdiyi məlumata görə, suyu ötürməkdən ötrü Ələt-Astara magistral yolu bağlanılıb. Nəqliyyat vasitələri alternativ yoldan istifadə edir.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hadisə yerindədir.

Ana səhifəXəbərlərCəlilabadda su bəndi dağılıb, magistral yol bağlanıb (yenilənib)