Cəlilabad rayonunun Muğan kəndində yerli əhali etiraz aksiyası keçirib. Bu barədə kənd sakini Zakir Ağayev məlumat verib. Onun sözlərinə görə, aksiyanın keçirilməsinə səbəb kəndlilərin əkib-becərdiyi kartofun satışına yaradılan əngəldir: ”Kəndlilərin dediyinə görə hər 20 tonluq yük maşınına 20 min manat gömrük rüsumu tətbiq olunur. Yerli sakinlər haqlı olaraq bu haqsız rüsum tətbiqinə etiraza qalxıblar”. Hadisə yerinə Cəlilabad rayon icra başçısı Namiq Zeynalov da gəlib. Lakin başçının verdiyi təklif yerli əhalini qane etməyib və razılaşmayıblar.