“Azadlıq” qəzetinin məlumatına görə, icra başçısına şikayət etmək istəyən Alar kənd sakini Tərlan Əliyev özünü bıçaqla doğrayıb. Daha iki nəfər isə özünü yandırmaq istəyib, lakin ətrafdakılar onlara mane ola biliblər. Daha sonra şikayətçilər polis şöbəsinə aparılıblar.
Yaralı Tərlan Əliyev isə rayon xəstəxanasına yerləşdirilib.
Ailə başçısı Füzuli Əliyev, onun yetkinlik yaşına çatmamış oğlu Allahverdi Əliyev və qardaşı oğlu Rüstəm Əliyev hazırda polis şöbəsindədirlər.
Faktı Meydan TV-yə Cəlilabadda olan mənbə də təsdiqləyib. Bildirilib ki, intihara cəhd edən şəxs iş üçün Sosial Müdafiə Fondunun qarşısına toplaşan şəxslərdən biridir.
Cəlilabad rayon Polis Şöbəsindən faktla bağlı məlumat vermək istəməyiblər.