Cəlal Əliyevin vəkili məhkəmə qarşısında: Vəkillərin pullarını mənimsəməkdə ittiham olunur

Sümbülə Əliyevanın ittiham olunduğu Cinayət Məcəlləsinin 179.3.2 maddəsində 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Source: Specify Source


Vəkil barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş üzvü, uzun müddət 1 saylı hüquq məsləhətxanasına rəhbərlik etmiş Sümbülə Əliyeva külli miqdarda mənimsəmədə ittiham olunur. O, iyunun 4-də məhkəmə qarşısına çıxarılacaq. Sümbülə Əliyeva vəkillərin ödənişlərindən vergi kimi tutulan vəsaitlərin mənimsənilməsində təqsirləndirilir.

Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham olunan Sünbülə Əliyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrliyilə, Mahmud Ağalarov və Siyavuş Hacıyevdən ibarət hakimlər kollegiyası baxacaq.

Cinayət işinin materiallarında iddia olunur ki, Sümbülə Əliyeva Dövlət Sosial Müdafiə Fonduna və Vergilə Nazirliyinə ödənilmək üçün vəkillərdən tutulan vergi və sosial sığorta haqlarını mənimsəyib.

İstintaq dövrü üçün Sümbülə Əliyevanın barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Vəkillər Kollegiyası, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti zərərçəkmiş qismində tanınıb.

Sümbülə Əliyevanın ittiham olunduğu Cinayət Məcəlləsinin 179.3.2 maddəsində 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Sünbülə Əliyeva Prezident İlham Əliyevin məhrum əmisi, bir neçə çağırış Milli Məclisin deputatı olmuş Cəlal Əliyevin jurnalistlərlə çoxsaylı məhkəmə çəkişmələrində onun vəkili olub.

Ana səhifəSiyasətCəlal Əliyevin vəkili məhkəmə qarşısında: Vəkillərin pullarını mənimsəməkdə ittiham olunur